14:39 27.05.2022 604

Baş katib: \"Hədəfləri reallaşdıracağımıza inanıram\" - MÜSAHİBƏ

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Stolüstü tennis XIX əsrdə, İngiltərədə yaranmış idman növüdür. Növ üzrə ilk dünya çempionatı da 1926-cı ildə bu ölkənin paytaxtı Londonda keçirilib. Həm də pinq-ponq kimi tanınan stolüstü tennis 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Yay Olimpiya Oyunlarından bu yana dördilliyin zirvə yarışının proqramında yer alır.

Azərbaycanda stolüstü tennisə maraq ötən əsrin 40–cı illərindən yaranıb. II Dünya müharibəsindən sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılıb və bu idman növü get-gedə populyarlaşmağa başlayıb. 50–ci illərin əvvəllərində ilk dəfə Bakıda stolüstü tennis bölməsi yaradılıb və sonradan bu qurumun əsasında Stolüstü Tennis Federasiyası təsis olunub. Bəhs olunan dövrdə Bakı şəhərinin ilk çempionları V.Lazorkin və R.Yaşagina olublar. 50-60-cı iliərdə ən güclü tennisçilər arasında M.Şeydabəyov, K.Bağırov, R.Şapayeva, O. Spiridonov, A.Knijnik və başqalarının adlarını çəkmək olar. Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N.Novikov, R.Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y.Oparin, İ.Mazin kimi tanınmış idman mütəxəssisləri yetişib. M. Şeydabəyov (1961 –ci ildə SSRİ çempionu), V.Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi adlı-sanlı tennisçilərin yetişməsində  onların böyük əməyi olub. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 222 dövlətin milli assosiasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) üzvüdür. Ölkəmizin stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında 1996–cı ildən, dünya çempionatlarında 1997–ci ildən etibarən iştirak etməyə başlayıb. Milli komandanın üzvləri bu gün də bütün beynəlxalq miqyaslı idman tədbirlərində iştirak edirlər. 

2015-ci iln 13 - 15 noyabr tarixlərində Estoniyanın Haapsalu şəhərində 7 ölkənin iştirak etdiyi gənclər və yeniyetmələr arasında komanda və şəxsi formatda keçirilmiş açıq turnirdə Azərbaycanın legioner qız tennisçiləri komanda yarışlarında bütün ölkələrin idmançılarını məğlub edərək qızıl medal qazanmışdılar. Şəxsi mübarizədə isə qadın tennisçi Denq Simenq baş mükafata medala layiq görülmüş, digər idmançımız Zou Çuyi isə gümüş medalla təltif olunmuşdu. Həmin ilin 23 - 28 noyabr aralığında Rusiyanın Sankt-Peterburq şəhərində tanınmış tennis ustası Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında şəxsi formatda açıq turnirdə isə 7 ölkənin idmançılarını məğlub edən Zou Çuyi finala vəsiqə qazanmış, həlledici mərhələdə zədələndiyi üçün gümüş medalla kifayətlənmişdi.

2016-cı ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində gənclərin şəxsi yarışlarında tennisçilərimiz 2-ci yeri, yeniyetmələrin şəxsi və qarışıq-qoşa yarışlarında isə 3-cü yeri qazanıblar.
2017-ci ildə Bakı şəhərində keçirilmiş IV İslam Həmrəylik Oyunlarının stolüstü tennis yarışlarında yığma komandamız 4 medal – 2 "gümüş" və 2 "bürünc" əldə edib.
Həmin ilin yayında Portuqaliyanın Gimaraynş şəhərində keçirilən gənclərin Avropa çempionatında şəxsi birincilikdə qız tennisçimiz çempion olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazanılan ən yüksək nəticədir. Tennisçilərimiz birinciliyin komanda yarışlarında 3-cü, qoşa yarışlarda isə 2-ci yeri qazanıblar. 
2018-ci ildə isə Ruminyada keçirilən gənclərin Avropa çempionatında tennisçilərimiz 2 qızıl və 2 gümüş medala layiq görülüblər.

Ötən ilin sonunda bir çox federasiyalar kimi, ASTF-də də hesabat-seçki konfransı keçirildi. Nəticədə, Baş nazirin müavini Şahin Mustafayev yenidən quruma rəhbər seçildi. Federasiya prezidenti konfransdan sonrakı açıqlamasında bu idman növünün ölkədə inkişafı, kütləviliyinin artırılması ilə bağlı bir sıra işlərin görülməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

Fanat.Az-ın əməkdaşı ötən dövrdə bu istiqamətdə görülən işlər və qarşıya qoyulan hədəflərlə bağlı federasiyanın baş katibi Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, İdman ustası, beynəlxalq dərəcəli hakim Könül Mikayılova ilə həmsöhbət olub. 

Həmin müsahibəni təqdim edirik.

- Könül xanım, ötən beş ay ərzində ölkədə stolüstü tennisin inkişafı ilə bağlı hansı işlər görülüb?
- Bu müddətdə ölkədə bir çox yarışlar keçirilib. Milli komandamız müxtəlif beynəlxalq yarışlarda iştirak edib. Bunlardan əlavə, autizmli uşaqlar üçün, xüsusi diqqətə ehtiyacı olanlar üçün, müxtəlif nazirlik əməkdaşları və gənclər arasında yarışlar təşkil edilib. Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və bir sıra digər qurumlarla birgə layihələrdə iştirak edib öz dəstəyimizi göstəririk. Bir çox Olimpiya komplesklərinə, idman məktəbləri və orta məktəblərə, hətta şəxsi olaraq açılan stolüstü tennis zallarına belə, dəstəyimizi göstərib, yeni tennis stolları və digər avadanlıqlarla təmin etmişik.  

- Federasiya prezidenti hesabat-seçki konfransından sonra Bakı ilə yanaşı, regionlarda da stolüstü tennisin inkişafının vacibliyini vurğulamış, bu istiqamətdə tədbirlər nəzərdə tutulduğunu diqqətə çatdırmışdı. Xüsusilə idman məktəblərində stolüstü tennis bölməsinin yaradılmasının arzulanan olduğu qeyd edilmişdi. Bu yöndə müsbət addımlar varmı?
- Tədris ili yenilənmədiyi üçün idman məktəblərində hələ ki, bölmələr açılmayıb. Lakin federasiya öz vəsaiti hesabına Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Şabran, Şirvan, Salyan, Şəki, Qax, Balakəndən olan 20-dən artıq məşqçi ilə müqavilələr bağlayıb. Müqavilənin əsas məqsədi 6-8 yaşlı uşaqların stolüstü tennisə cəlb edilməsidir. Ümumiyyətlə, ASTF-nin prezidenti Şahin Mustafayev bu idman növünün inkişafı istiqamətində bütün lazımı şəraiti yaradır. Ölkə rəhbərliyinin idmana olan yüksək diqqət və qayğısı ilə yaxın gələcəkdə qarşıya qoyulan hədəfləri reallaşdıracağımıza inanıram.

- Azərbaycanda futbol, güləş kimi populyar olan növlərdən söz düşərkən ənənə baxımından müəyyən bölgələr ön plana çıxır. Bəs stolüstü tennisin inkişafı üçün daha çox hansı regionlara diqqət ayrılması vacibdir?
- Bölgələrdən ən yaxşı nümunə kimi Şəkini qeyd etmək olar. Lakin Salyan, Şabran, Şirvan komandaları da ölkə çempionatı və birinciliklərdə öz sözlərini deyirlər. Ümumiyyətlə, çalışırıq ki, hər bir bölgəmizə diqqət yetirək.

- Azərbaycanda müəyyən stolüstü tennis ənənəsi olsa da, ölkəmiz bu növ üzrə hələ ki dördilliyin zirvə yarışında təmsil olunmayıb. Paris-2024 bu baxımdan ilk ola bilərmi?
- Əlbəttə ki, bu, hamımızın arzusudur. Lakin, stolüstü tennisdə Olimpiadaya lisenziya qazanmaq çox çətindir.  Bunu növbəti illərdə  keçiriləcək yarışların nəticələri göstərəcək.

- Qarşıda yığmaya əcnəbi mütəxəssislərin və yeni legioner idmançıların cəlb olunması planlaşdırılırmı?
- Bildiyiniz kimi, hazırda yığma komandanın heyətində çinli idmançılarımız var. Bu il yeni legioner idmançıların cəlb olunması planımızda yoxdur.

- İl ərzində bir sıra stolüstü tennis turnirləri təşkil olunub. Bu yarışlar barədə ətraflı məlumat verərdiniz.
- Bəli, bu il stolüstü tennisçilərimiz xeyli yarışlarda iştirak ediblər. Siyahını tam şəkildə belə təqdim etmək olar:
- 2022-ci ilin 1-2 fevral tarixlərində Bakı şəhəri “Şüa” İdman Sağlamlıq Kompleksində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2 fevral “Gənclər günü”nə həsr olunmuş Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının əməkdaşları arasında turnir;
-   16-19 fevral tarixlərində “Şüa” İdman Sağlamlıq Kompleksində ölkə çempionatı ; 
-   20 fevral tarixində BrendSport.az ilə birgə 44 günlük Vətən müharibəsinə həsr olunmuş qazilər, jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında “İlhamlı Qələbələr” adlı idman festivalı;
-   01 mart tarixində Bakı şəhəri “Şüa” İdman-Sağlamlıq Kompleksində Azərbaycan Respublikası nazirlik, komitə və agentliklərin qadın  əməkdaşları arasında 5 mart “Bədən Tərbiyəsi Günü”nə həsr edilmiş stolüstü tennis turniri;
- 13-20 mart tarixlərində Slovakiyanın Senec şəhərində stolüstü tennis üzrə keçirinlən “EUROTALENTS DEVELOPMENT CAMP U-13 I” təlim-məşq toplanışı və turnirində seçmə komandamızın üzvü iştirak edib.
- 6 aprel Sabunçu Gənclər evində rayon gəncləri arasında  “Beynəlxalq Stolüstü Tennis Günü”nə həsr olunmuş yarış və Bakı şəhər məktəbliləri üçün “master-klass”lar; 
- 13-16 aprel tarixlərində Bakı şəhəri “Şüa” İdman Sağlamlıq Kompleksində ölkə birinciliyi;
 Qeyd edim ki, bu yarış kütləviliyi ilə seçilmişdi. Birincilikdə paytaxt tennisçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Qusar, Salyan, Şirvan, Şəki, Şabran, Qax, Ağstafa, Zərdab və digər şəhər və rayonlardan ümumilikdə 150-yə yaxın idmançı qatılmışdı.
- 24 aprel - 4 may tarixlərində Qax Olimpiya İdman Kompleksində yeniyetmələr üçün təlim - məşq toplanışı, 26 aprel – 6 may tarixlərində Türkiyənin Yalova şəhərində əsas heyət üçün təlim-məşq toplanışı təşkil olunub.
- 6 may tarixində Şabran şəhərində  Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir;
- 7-8 may tarixlərində Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar Məşqçi, beynəlxalq Dərəcəli Hakim Sara Sultanovanın xatirəsinə həsr olunmuş veteran tennisçilər arasında respublika çempionatı; 
- 16–18 may tarixlərində Polşanın Vladislava şəhərində, 20-22 may tarixlərində Almaniyanın Berlin şəhərində yeniyetmə oğlan və qızlardan ibarət komandalarımız “WTT YOUTH CONTENDER” yarışında iştirak ediblər.
- 27 may tarixində “28 may Müstəllik Günü”nə həsr olunmuş ölkənin ən güclü tennisçiləri arasında  “TOP-8” turniri keçirilir.

- Qarşıda daha hansı turnirlərin keçirilməsi nəzərdə tutulub?
- 5-12 iyun tarixlərində Rumıniyanın Buzau şəhərində təlim-məşq toplanışı və turnir keçiriləcək. Bu yarışa bizim idmançımız da xüsusi dəvət alıb. 27-29 iyun tarixlərində Xaçmaz rayonunda 2010-cu il təvəllüdlülər və daha azyaşlılar arasında şəhid general Polad Həşimovun xatirəsinə həsr olunmuş ölkə birinciliyi təşkil olunacaq. Həmçinin 6-15 iyul tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunacaq Avropa birinciliyində milli komandamızın iştirakı nəzərdə tutulub. 26-28 avqust tarixlərində isə Fransanın Şiltgem şəhərində yarışa qatılacağıq. Bunlardan əlavə, iyul ayında Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə və Milli Mətbuat Gününə həsr olunmuş yarışlar da təşkil olunacaq. 

 
- Yaxın zamanda ölkədə bu növ üzrə beynəlxalq yarışların təşkili planlaşdırılırmı?
- Bu il üçün beynəlxalq yarış nəzərdə tutulmayıb.

- Bu ilin avqustunda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının proqramında stolüstü tennis də yer alıb. Federasiyanın bu yarışla bağlı hədəfi nədir?
- Hər bir idmançı və hər bir federasiya təbii ki, ən yüksək hədəf üçün çalışır. Hədəfimiz mükafatçılar sırasında yer almaqdır. Seçmə komandanın bu yarışa tam hazırlıqlı yollanması üçün bütün lazımı tədbirlər görülməkdədir.

- İslamiadaya hazırlıq necə aparılacaq?
- İslam oyunlarının hazırlıq prosesi artıq başlayıb. Komandamız ölkə daxilindəki təlim-məşq toplanışlarından başqa, qardaş Türkiyə idmançıları ilə bərabər təlimlərdə də iştirak edib. Hazırda da məşqlər davam etdirilir. İslam Oyunlarından əvvəl daha bir təlim məşq toplanışının Türkiyədə keçirilməsi nəzərdə tutulub. Komandamıza və ümumilikdə Azərbaycanı İslam Oyunlarında təmsil edəcək milli komandalara uğurlar arzulayıram.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etdiyi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X