16:07 11.10.2022 430

Jurnalistlər Media Reyestrinə hansı mərhələdə və necə müraciət etməlidir? - MÜSAHİBƏ

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənlinin APA-ya müsahibəsi

- Nazirlər Kabinetinin müvafiq qərarı ilə Media Reyestri şəhadətnaməsinin forması təsdiqlənib. Bu gün isə jurnalist vəsiqəsinin forması, həmçinin onun əldə edilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiqləndi. Bununla da, Media Reyestrinin formalaşdırılması üçün hüquqi bazanın yaradılması mərhələsini bitmiş saymaq olarmı?
- Cənab Prezidentin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulmuşdu.

Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının qəbul edilməsi ilə hüquqi təminatın yaradılması istiqamətində verilmiş tapşırıqların icrasını yekunlaşmış hesab edə bilərik.

Bundan sonrakı mərhələ internet informasiya ehtiyatı olan Reyestrin formalaşdırılması, aparılması, digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyasının təşkili məqsədilə işlərin görülməsidir. Hazırda bu proses intensiv şəkildə həyata keçirilməkdədir və inanırıq ki, yaxın günlərdə Reyestrin proqram təminatı ilə bağlı texniki-təşkilati tədbirlər tamamlanacaq və onun fəaliyyətə başlaması təmin ediləcək.

- Demək, yaxın günlərdə media subyektləri və jurnalistlər Reyestrə müraciət edə biləcəklər?
- Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektləri, həm də jurnalistlər müvafiq qaydalara uyğun olaraq müraciətlərini formalaşdıra biləcəklər. Amma burada diqqət edilməli olan bir önəmli məqam var. Belə ki, hamınıza məlum olduğu kimi, “Media haqqında” Qanunun və “Media Reyestrinin aparılması Qaydaları”nın tələblərinə əsasən jurnalistin Reyestrə daxil edilməsi üçün şərtlərdən biri onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır. Yəni jurnalist Reyestrə müraciət edənə qədər artıq onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir.

Müraciət zamanı əmək müqaviləsi elektron hökumət portalından sistemə inteqrasiya olunacaq. Yox, əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o, sistemə həmin müqavilə haqda məlumatlarla yanaşı, sənədin özünü də yükləməlidir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi və həmin subyektin Reyestrə daxil edilib-edilmədiyi aydınlaşdırılacaq, müvafiq qərar qəbul ediləcək.

- Yəni, jurnalistlər Reyestrə media subyektlərindən sonra müraciət etməlidirlər?
- Jurnalistlər Reyestrə, şərti desək, ikinci mərhələdə müraciət etsələr, daha məqsədəmüvafiqdir. Yəni onlar Media Reyestrinə müraciət etmək üçün işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestri şəhadətnaməsi əldə etməsini gözləməlidirlər.

- Bütün müraciətlər tam elektron qaydada olacaq?
- Bəli, Media Reyestrinə müraciət tam elektronlaşmış şəkildə həyata keçiriləcək. Buna baxmayaraq, təcrübə göstərir ki, elektron hökumət üzərindən inteqrasiya prosesində bəzi hallarda müəyyən məlumatların mübadiləsində çətinliklər müşahidə oluna bilər. Bu da bir sıra obyektiv səbəblərə əsaslanır.

Belə ki, müvafiq sistemlər özündə bəlli bir tarixdən sonraya aid məlumatları əks etdirir. Bu kimi hallarda müraciətçi qanunvericiliyə uyğun olaraq inteqrasiya olunmayan informasiyalara dair sənədləri Agentliyə kağız daşıyıcıda təqdim edə bilər.

- Bəs, jurnalistin Media Reyestrinə düşməsi üçün başqa nələr tələb olunur?
- Bu tələblər “Media haqqında” Qanunun 74.2-ci maddəsində əksini tapıb və “Media Reyestrinin aparılması Qaydaları”nın 6.6-cı bəndində Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən hansı hallarda imtina olunacağı təsbit olunub.

Müvafiq tələblər içərisində ali təhsil və jurnalistika sahəsində ən azı 3 illik staj tələbi daha çox müzakirə olunsa da, jurnalistin fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin davamlı fəaliyyət göstərməsi kimi tələblər də mühüm əhəmiyyət kəsb edir.

- Reyestrə düşməyəcək və müvafiq olaraq, jurnalist vəsiqəsi almayacaq şəxslərin aqibəti necə olacaq?
- Şəxsin jurnalist kimi fəaliyyət göstərməsi üçün onun Media Reyestrinə daxil edilməsi imperativ xarakter daşımır. Başqa sözlə, bizim təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir. Yəni bu vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri istisna edən sənəd kimi qəbul edilməməlidir.

Media subyektləri əməkdaşına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdirlər. Bir sözlə, jurnalistlər Media Reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər.

- Bəs bu vəsiqələrin hansı özəlliyi var?
- Jurnalist vəsiqəsinin forması və ölçüsü beynəlxalq standartlar nəzərə alınmaqla müəyyənləşdirilib. Onun arxa tərəfində yerləşdirilmiş QR kod mobil cihazlar vasitəsilə oxunan zaman Media Reyestrinin informativ xarakterli veb-səhifəsinə keçid təmin olunur və vəsiqənin elektron variantı görünür. Bu, qarşı tərəfin jurnalist haqda məlumatların mötəbərliyinə əmin olmasını təmin edəcək.

Bundan başqa, vəsiqənin üzərində “Media haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq, jurnalistin peşə fəaliyyətinə müdaxilənin yolverilməzliyi xüsusi qeyd olunub.

Eyni zamanda, bu vəsiqə jurnalistin yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə akkreditasiya prosesinin daha operativ və asan həyata keçirilməsinə kömək edəcək.

- Vəsiqələr jurnalistlərə hansı müddətə veriləcək?
- Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni Agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.

Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə həmin vəsiqəni Agentliyə təqdim etməlidir.

Xidmət müqaviləsi ilə çalışan jurnalistlər Media Reyestrindən çıxarıldıqları gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini Agentliyə verməlidirlər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

Facebookdan bizi izləməyi unutmayın.
X