"Milan" "Torino"nun yarımmüdafiəçisi Sualixo Meyteni heyətinə qatmağa çox yaxındır.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" 26 yaşlı fransalını sonradan almaq şərti ilə icarəyə götürməyə qərar verib.
Mənbə dünən Milana gələn futbolçunun bu gün tibbi baxışdan keçdiyini və müqavilə imzalamağa hazırlaşdığını vurğulayıb.
"Torino"ya 2018-ci ildə "Monako"dan transfer olunan Meyte bu mövsüm Turin təmsilçisinin formasıyla bütün turnirlər daxil olmaqla, 16 oyun keçirib. Orta xətt oyunçusu bu matçlarda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az