"Real Madrid"in təmsilçiləri Millətlər Liqasında bu ay iki oyun keçirəcək İspaniya millisinin iki futbolçusunu iş başında izləyəcəklər.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, bunlar "Tottenhem"dən Pedro Porro və "Əl-Nəsr"dən Emerik Laportdur. Mənbə "Real"ın sözügedən müdafiəçiləri qarşıdakı qış transfer pəncərəsi dönəmində sıralarına cəlb etməyi planlaşdırdığını vurğulayıb.
Xatırladaq ki, "Kral klubu"nun 3 arxa xətt oyunçusu sıradan çıxıb. Stopper Eder Militaonun xaçvari diz bağları qopubsa, sağ cinah müdafiəçisi Daniel Karvaxal da eyni səbəbdən komandasına kömək edə bilmir. Karvaxalın əvəzləyicisi Lukas Vaskes isə 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Luis de la Fuentenin çalışdırdığı İspaniya seçməsi noyabrın 15-də Danimarka, 18-də İsveçrə ilə üz-üzə gələcək.
Nihat