UEFA Millətlər Liqasının qrup mərhələsində V turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün 8 görüş reallaşıb.
A Liqasının 2-ci qrupunda Fransa öz meydanında İsraili yenə bilməyib. Bu qrupun digər matçında Belçika evdə İtaliyaya uduzub.
B Liqasının 2-ci qrupunda İngiltərə yığması səfərdə Yunanıstanı 3 cavabsız qolla yenib.
B Liqasının 3-cü qrupunda Avstriya qonaq qismində Qazaxıstandan üstün olubsa, Norveç rəqib meydanında Sloveniyanı böyük hesabla yenib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
14 noyabr
A Liqası, 2-ci qrup
Fransa – İsrail 0:0
Belçika – İtaliya 0:1
Qol: Tonali, 15.
Xallar: İtaliya – 13. Fransa – 10. Belçika – 4. İsrail – 1.
B Liqası, 2-ci qrup
Yunanıstan – İngiltərə 0:3
Qollar: Uotkins, 7. Vlaxodimos, 78-öz qapısına. Cons, 82.
İrlandiya – Finlandiya 1:0
Qol: Ferquson, 45.
Xallar: İngiltərə – 12. Yunanıstan – 12. İrlandiya – 6. Finlandiya – 0.
B Liqası, 3-cü qrup
Qazaxıstan – Avstriya 0:2
Qollar: Baumqartner, 15. Qreqoriç, 25.
Sloveniya – Norveç 1:4
Qollar: Şeşko, 21-pen – Nusa, 4; 59. Holand, 45. Hauqe, 83.
Xallar: Avstriya – 10. Norveç – 10. Sloveniya – 7. Qazaxıstan – 1.
C Liqası, 4-cü qrup
Ermənistan – Farer adaları 0:1
Qol: Davidsen, 33-pen.
Şimali Makedoniya – Latviya 1:0
Qol: Serafimov, 57.
Xallar: Şimali Makedoniya – 13. Farer adaları – 6. Ermənistan – 4. Latviya – 4.