"İkinci qolu buraxmaya da bilərdik" - Canluici Donnarumma

"İkinci qolu buraxmaya da bilərdik" - Canluici Donnarumma

UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə Almaniya millisinə uduzan (1:2) İtaliya yığmasının qapıçısı Canluici Donnarumma məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"İkinci qolu buraxmaya da bilərdik... Ümumilikdə yaxş oynadıq, çox sayda qol imkanı yaxaladıq. Amma indi daha səylə işləməli, Dortmundda vəziyyəti düzəltmək barədə düşünməliyik.

İkinci hissədə Almaniya bizdən yaxşı oynadı. Onlar güclüdürlər... Biz topu özümüzdə saxlaya bilmirdik. Təəssüf ki, iki qol buraxdıq".

Tərəflərin cavab qarşılaşması martın 23-də Almaniyada keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər