Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda öz meydanında 2:0 hesabı ilə məğlub etdiyi Fransa yığması ilə bu gün cavab matçına çıxacaq Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Müasir futbolda müdafiəyə hamı kömək etməlidir, yalnız müdafiəçilər yox. Ümid edirəm ki, hamımız bir olacaq, Splitdəki kimi bir-birimizi sığortalayacağıq. Bunu bacarsaq, deməli, inkişaf etdiyimizə əmin olacağıq".
Nihat