UEFA Millətlər Liqasında 3-cü yer uğrunda keçirilən Almaniya - Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "xoruzlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Kilian Mbappe fərqləndirilib.
26 yaşlı Mbappe bu oyunda qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, turnirin finalında İspaniya və Portuqaliya milliləri qarşılaşacaqlar.
Nihat