Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda oyunda Fransa yığmasına 0:2 hesabı ilə məğlub olan Almaniya millisinin kapitanı Yozua Kimmix matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İlk yarıya baxsaq, altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq. Amma fasiləyə məğlub durumda yollandıq.
İkinci hissədə diqqətimiz çox tez dağıldı və oyunumuz intensivliyini itirdi. Ciddi səhvlər buraxdıq və rəqibin istədiyini etməsinə imkan verdik.
Fikrimcə, ilk yarıda nəyə qadir olduğumuzu göstərdik. Düşünürəm ki, bizdə yalnız qol vəziyyətləri zamanı effektivlik çatmadı. Konsentrasiyanı belə tez itirməli deyilik".
Nihat