UEFA Millətlər Liqasının finalında Portuqaliya yığmasına uduzan (2:2, penaltilər 3:5) İspaniya millisinin hücumçusu Alvaro Morata qaçırdığı penaltidən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Məşqçiyə minnətdaram. Bəlli məsələdir ki, penaltini pis vurdum. Hər şeyi daha yaxşı edə bilərdim, amma daha nəyisə dəyişmək mümkün deyil. Mənə yalnız üzülmək və evə getmək qalır. Edə biləcəyim nəsə yoxdur. Ağlamaq istəsəm də, ağlamadım. Həyatda inkişaf etmək lazımdır. Biz insanıq, öyənməliyik".
Nihat