UEFA Millətlər Liqasına Cənubi Amerikanın 10 milli komandası qatılacaq.
Fanat.Az xəbər verir ki, bunu ESPN-ə açıqlamasında UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek deyib.
O, 2024-cü ildən sözügedən turnirdə iştirak edəcək Cənubi Amerika yığmalarının adlarını da açıqlayıb.
Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Perunun A, Paraqvay, Boliviya, Venesuela və Ekvador isə B Liqasında mübarizə aparacaq.
Qitə futbol qurumunun rəsmisi bütün matçların Avropada keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Nihat