15:14 10.06.2022 888

"5-li müdafiədə o, sənə heç nə verə bilməz" - Tərlan Əhmədov

Bu gün Azərbaycan yığma komandası UEFA millətlər Liqası çərçivəsində növbəti - 3-cü oyununa cıxacaq. Millimiz Dalğa Arenada Slovakiya millisini qəbul edəcək. 

İlk iki turda seçməmiz cəmi bir xal toplaya bilib. Öncə səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olan təmsilçimiz Serbiyada Belarusla matçan sülhlə ayrılıb - 0:0. 

Azərbaycan yığmasının sabiq kapitanı Tərlan Əhmədov Fanat.Az-a açıqlamasında De Byazinin yetirmələrinin UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib:

"Artıq yığmamız De Byazi ilə ikinci Millətlər Liqasıdır ki, iştirak edir. Ötən mövsüm də nəticə görmədik, bu il də məğlubiyyətlə qədəm qoyduq bu turnirə. Deyirlər ki, inkişaf müşahidə olunur. İnkişafı nədə görürlər, az top buraxmaqda? İrəliləyiş deyilən bir şey görmürəm. Top saxlamaqdırsa, onu müasir futbolda artıq hamı bacarır. Bu faktı uğur sayırıqsa, onda eyni şeyi bacaran cırtdan dövlətlər nə etsin?  İstər Qazaxıstan, istərsə də Belarusun heyətində olmalı futbolçular var idi ki, bəzi səbəblərdən millinin düşərgəsində yer almamışdılar. Onlar olsaydı, bəlkə də başqa bir nəticə görərdik. De Byazinin başçılığı altında 5-li müdafiə sistemi ilə oynayırıq. Buraxılan qollar hamısı bənzər epizodlardan olur. Eyni ssenari davam edir. Biz də futbol adamlarıyıq. Biz də həyəcan keçiririk. Bu qədər sərmayə qoyulub, dövlət tərəfindən lazımi şərait də yaradılıb, stadionlar tikilib... Bunun bəhrəsinin olmasını istəyirik. Hər dəfə biz də əsəb keçirirk. Hər oyun düşünürük ki, bəlkə yaxşı olacaq, amma nəticədə eyni şeylərin şahidlik edirik. 31 ildir müstəqillik dönəminin futbolunu oynayırıq, amma hələ də danışılası uğuurmuz yoxdur. Bəli, klub səviyyəsində olan nəticələrimizi danmaq olmaz. "Neftçi", "Qarabağ", "Qəbələ" avrokubokların qrup mərhələlərinə çıxa bilib... Mən millidən danışıram. Bu sahədə irəli gedə bilmirik ki, bilmirik. Əcnəbi mütəxəssis gətiririk, alınmır, yenisini gətirirk. Sonra yenidən bunu təkrar edirik. Nəticədə günahkar yerlilər olur. Yaxşı, topu özümüzdə saxlaya bildik. Bəs nəticə nə zaman olacaq? Top saxlamaqla deyil, nəticə lazımdır. 

Avropa nəhənglərinə nəzər yetirin: İtaliya, Fransa, Portuqaliya, İspaniya... Onların futbolçularına, məşqçilərinə bir baxın. Nəyin uğrunda mübarizə apardıqları dərhal nəzərə çarpır. Hiss olunur ki, onlarda milli ruh var, xarakter var. Bayraqları altında komanda şəkilində oynamağı bacarırlar. Bizdə milli ruh yoxdur. İndiki durumda ancaq mükafatı fikirləşirlər ki, görəsən, otuz min olacaq, yoxsa on beş min. Milli ruh bilirsiniz nə zaman yaranır? Yığmadakı oyunçuların hamısı yerli futbolçu olanda. Təbii ki, milliləşdirilmiş futbolçulardan fərqli olaraq, yerlilər həm də ailəsini, dost-tanışını və ən əsası, azərbaycanlı azarkeşləri də düşünür. Əcnəbini puldan başqa komandaya nə bağlaya bilər? O, başqa xalqın idman şərəfi üçün meydanın hər qarışı uğrunda can qoyarmı? Təbii ki, yox!

Mini futbol yığmamızı görürsünüz? Bu gün ölkədə hamı onların qələbələrinə sevinir və futbolçuları alqışlayır. Bir nəfər xarici görürsünüz orada? Yox! Budur qələbə. Şəxsən mən özüm bununla qürur duyuram. Əminəm ki, mənim kimi insanların sayı milyonlarladır. 

Keçək əsas oyunlara. Qazaxısatnla oyundakı vəziyyəti gördünüz. 5-li müdafiə ilə oynadıq. Cinahlardan nə qədər keçid oldu qapımız tərəfə? Üç mərkəz müdafiəsinin ortasında Bəhlul Mustafazadə və Bədavi Hüseynov. Onların heç biri klubda lazımi qədər oyun oynamayıb. İran əsilli Höccət Haqverdini gətiriblər. Onun topla rəftarı yoxdur. Elə adını çəkdiklərimin heç birinin topla rəftarı yoxdur. Mərkəz müdafiəçisinin funksiyası nədir? Hücumu başlamaq. O qabiliyyət bunlarda yoxdur. Mərkəz müdafiəçisinin hər biri eyni problemi yaşayır. Futbolçuların ölkə çempionatında kifayət qədər oyun praktikası yoxdur və bu oyunçuları millinin əsas heyətində buraxırıq. 

Belarusla oyunda müdafiənin mərkəzində gənc futbolçu Cəlal Hüseynovla təcrübəli Maksim Medvedevi oynatmaq olardı. Cinahlarda isə Toral Bayramov və Abbas Hüseynovdan yararlanmaq mümkün idi. "Qarabağ"da bu futbolçuların çıxışlarını görmüşük. Azər Salahlı Belarusla oyunda nə ilə yadda qaldı? Axı bu futbolçu 5 müdafiəçili sistemdə oynaya bilmir. Maksim üçün bu düzülüşdə özünün üstün tərəflərini sərgiləmək çətindir. Yaş amili var. Medvedev bəlkə də 5 il bundan öncə bu işin öhtəsindən gələ bilərdi, amma indi yox. Ramil Şeydayev və Renat Dadaoşov ucaboylu futbolçulardır. Onları topla düzgün təmin etmək lazımdır. 4-lü müdafiəyə güvənirsənsə, Azər Salahlını oynat! Amma 5-li müdafiədə Salahlı sənə heç nə verə bilməz.

Almeydanı milliləşdirmişik və üstəlik, kapitanlıq sarğısı da vermişik. Nə olsun ki, Maksim Medvedev əvəz olunur? Kapitanlığa layiq yerli futbolçu yoxdur? Verin Cəlal Hüseynova, azərbaycanlı balasıdır. Yaxşı Almeyda futbolla vidalaşsa, onun yerinə kim olacaq? O mövqedə oynayan futbolçu var? Yenə əcnəbi axtaracağıq? 

Heç millinin heyətini düz qura bilmirlər. Çempionatda nə qədər az oyun keçirən futbolçu var, yığıblar əsas heyətə. Emil Balayev hanı? Niyə yığmaya çağırılmır? Bir zamanlar qapımızı qorudu, ulduzu parladı. Biz də sevindik ki, qapıçımız var. Nə oldu, niyə yoxa çıxdı? Niyə Toral Bayramovdan, Abbas Hüseynovdan istifadə etmirik? Niyə gənclərdən yararlanmırıq? Cəlal özü... Niyə ondan yetərincə faydalana bilmirik? İsmayıl İbrahimlidən yararlanmırıq, niyə? Musa Qurbalını əsas milliyə çağırmırıq. Niyə? 

Hamı inkişaf edir bizdən başqa. Yenə təkrar edirəm, millinin heyətində oynayanda ölkəyə sevgi ilə mübarizə aparmalısan. Azərbaycan istedadlar ölkəsidir. Bu gün əzmkar oyun müşahidə edə bilmirik. Komandada milli ruh yoxdur. Bu qədər akademiyalar var. Niyə oradan futbolçu tapıb çıxara bilmirik? Futbolçu üzə çıxan kimi qarşısı alınır. Zaman var idi, milliyə əcnəbi futbolçu çağıranda adamı az qala öldürürdülər. Amma indi əcnəbiyə daha çox üstünlük verilir". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

Facebookdan bizi izləməyi unutmayın.
X