İyunun 12-də keçirilən Millətlər Liqasının oyunu - Yunanıstan - Kosovo (2:0) matçı azarkeşlər arasında insidentlə yadda qalıb.
Fanat.Az xəbər verir ki, bu qarşılaşmada qələbə qazanaraq C Liqasının 2-ci qrupunda liderliyi vaxtından əvvəl təmin edən meydan sahiblərinin fanatları qonaq tərəfdarları özündən çıxarıb.
Belə ki, tribunalarda Serbiya bayraqlarını dalğalandıran yunan azarkeşlər birağızdan "Kosovo Serbiyadır" şüarları səsləndiriblər. Bundan hiddətlənən kosovolu fanatlar rəqib tərəfdarların yer aldığı tribunalara yanan məşəllər atıb.
Nihat