Bakıda, "Dalğa Arena"da UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisi Belarus yığmasını qəbul edib.
Fanat.Az xəbər verir ki, yığma komandamızın qalib gəldiyi oyundan (2:0) sonra meydana azarkeş daxil olub.
Seçmə komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyevə yaxınlaşan fanat onunla şəkil çəkdirmək istədiyini bildirib. Qolkiperimiz buna qarşı olmasa da "Dalğa Arena"nın təhlükəsizlik xidmətinin əməkdaşları dərhal hadisəyə reaksiya verərək azarkeşi meydançadan kənarlaşdırıblar.
Emin