Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda "Dalğa Arena"da Belarus millisini qəbul edib. Oyun millimizin 1:0 üstünlüyü ilə sona çatıb.
Oyundan sonra Belarus seçməsinin baş məşqçisi Georgi Kondratyev ənənəvi mətbuat konfransında görüşün nəticəsi barədə danışıb:
"Düşünürəm ki, qələbə qazanmaq üçün hər iki komandanın şansları bərabər idii. Sadəcə olaraq biz qol vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqibimiz öz şanslarından istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm.
Mahir Emrelinin sol ayağının təhlükəli olduğundan xəbərdar idik.
Ev oyunlarımızı doğma meydanda oynamamaq çox çətindir. Bu bizim nəticələrə təsirini göstərir."
Emin