Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçiriləcək cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sport Şryodingera" "Yuotube" portalına danışan 45 yaşlı mütəxəssis Azərbaycanın onları rahat rəqib hesab etdiyini dilə gətirib:
"Uğrunda çalışacağımız bəlli bir məqsəd var. Oyunda kobud səhflərimiz var ki, bunları düzəldib inkişaf etməliyik, çünki komandanı iki çətin oyuna (Belarus və Azərbaycan yığması) hazırlayıram. Mən bu oyunların məsuliyyətini dərk edirəm. Kim nə deyirsə desin, Azərbaycan bizi rahat keçiləcək rəqib kimi qəbul edir. Onlar bunu sübut etmək üçün əllərindən gələni əsirgəməyəcək".
Xatırladaq ki, Azərbaycan seçməsinin UEFA Millətlər Liqası çərçivəsində Qazaxısatn yığmasına qarşı səfər oyunu 2:0 meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Mərkəzi Asiya təmsilçisinə qarşı növbəti oyun sentyabrın 25-i Bakıda keçiriləcək.
Emin