Bu gün UEFA Millətlər Liqasında bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış görüş baş tutub.
Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Şotlandiya seçməsi 9 xalla qrupa başçılıq edir. Ukrayna isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası
C Divizionu
I qrup
Şotlandiya - Ukrayna 3:0 (2-ci yarı)
Qollar: Con Makgin, 70. Lindon Dayks, 80;87
Baş hakim: Mauritsio Mariani (İtaliya)
Qlazqo, "Hempden Park" stadionu
Xal durumu: Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4 (4 oyuna), Ermənistan - 3 (4 oyuna)