Ronaldu ciddi xəsarət aldı - FOTOLAR

Ronaldu ciddi xəsarət aldı - FOTOLAR

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu səfərdə Çexiyaya qarşı keçirdikləri UEFA Millətlər Liqasının V tur oyununda ciddi zədə alıb.

Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçu ilk hissədə hava mübarizəsi zamanı rəqibin qapıçısı Tomaş Vatsliklə toqquşub.

Nəticədə Ronaldunun burnu əzilib. Həkimlər qanı dayandırdıqdan sonra futbolçu oyunu davam etdirib.

Hazırda görüşdə ikinci hissə davam edir. Hesab Portuqaliya millisinin 3:0 xeyrinədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər