00:51 28.09.2022 724

Millətlər Liqası: Qrup mərhələsinə yekun vuruldu

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mücadilə edib. Səfərdə Portuqaliyanı yenən ispanlar istəyinə çatıbsa, İsveçrə evdə çexləri yenərək A Liqasındakı yerini qoruyub.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibini məğlub etməliydi. Lakin bu görüşdə qapılara qol vurulmayıb. Qrupun digər matçında İrlandiya yığması Ermənistanı məğlub yola salıb. Nəticədə qrup sonuncusu olan qonaqlar C Liqasına yuvarlanıb.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Bu oyunda albanlar minimal hesabla qalib gəliblər.

4-cü qrupda Norveç yığması evdə Serbiya ilə qarşılaşıb. Hər iki kollektiv 10 xala malik olsa da, Skandinaviya təmsilçisi şəxsi oyunlarda üstünlüyü malik olduğundan ilk pillədə qərarlaşmışdı. Odur ki, serbiyalılara səfərdə mütləq qələbə lazım idi. Yekunda sevinən tərəf məhz Serbiya yığması olub. Qrupun digər matçında Sloveniya səfərdə İsveçlə qarşılşıb. B Liqasında qalmaq üçün qonaqlara heç-heçə də kifayət edirdi. Sonda məhz bu nəticə qeydə alınıb və İsveç yığması da B Liqası ilə vidalaşıb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni ötən tur təmin edən Yunanıstan seçməsi Şimali İrlandiyanı, Kosovo isə Kipri sınağa çəkib. Burada əsas mübarizə 3 komanda arasında C Liqasında qalmaq uğrunda gedirdi. Hər iki oyunda meydan sahibləri qalib gəlib. Yekunda Şimali İrlandiya yığması D Liqasına düşüb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
27 sentyabr

A Liqası, 2-ci qrup

Portuqaliya – İspaniya 0:1
Qol:
Morata, 88.

İsveçrə – Çexiya 2:1
Qollar:
Freuler, 29. Embolo, 30 – Şik, 45.

Xal: İspaniya – 11. Portuqaliya – 10. İsveçrə – 9. Çexiya – 4.

B Liqası, 1-ci qrup

Ukrayna – Şotlandiya 0:0

İrlandiya – Ermənistan 3:2
Qollar:
Eqan, 18. Obafemi, 52. Breydi, 90+1-pen. – Daşyan, 71. Spertsyan, 73.

Xal: Şotlandiya – 13. Ukrayna – 11. İrlandiya – 7. Ermənistan – 3.

B Liqası, 2-ci qrup

Albaniya – İslandiya 1:0
Qol:
Lenyani, 35.

Xal: İsrail – 8. Albaniya – 4. İslandiya – 3. Rusiya – 0.

B Liqası, 4-cü qrup

İsveç – Sloveniya 1:1
Qollar:
Forsberq, 42 – Sesko, 28.

Norveç – Serbiya 0:2
Qollar:
Vlahoviç, 42. Mitroviç, 54.

Xal: Serbiya – 13. Norveç – 10. Sloveniya – 6. İsveç – 4.

C Liqası, 2-ci qrup

Yunanıstan - Şimali İrlandiya 3:1
Qollar:
Pelkas, 14. Masuras, 55. Mantalos, 80 – Laveri, 18.

Kosovo – Kipr 5:1
Qollar:
Musliya, 22. Rudani, 45+1. Raşani, 47. Muriqi, 52; 84 – Roberqe, 81.

Xal: Yunanıstan – 15. Kosovo – 9. Kipr – 5. Şimali İrlandiya – 5.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

Facebookdan bizi izləməyi unutmayın.
X