18:31 20.04.2023 358

AFFA-dan iki məşqçiyə 12 aylıq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Şərur” – “Kəngərli” oyunu “Kəngərli” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Kəngərli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Babək” – “Batabat” oyunu “Batabat” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Batabat”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Xəzər Lənkəran 42” - “Ağsu 06” oyununda “Ağsu 06” komandasının futbolçusu Fariz Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

Gənclər Liqasının “Sumqayıt” FK – “Neftçi” PFK oyununda “Sumqayıt”ın futbolçusu Murad Rüstəmov ciddi qayda pozuntusuna (oyun epizodunda rəqibin başına ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-17 Liqasının “Kəpəz” PFK – “Xan Lənkəran” qarşılaşması “Xan Lənkəran” maliyyə problemləri ucbatından oyunda iştirak edə bilməməsinə görə baş tutmayıb. Buna görə “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “Xan Lənkəran” komandası artıq 2-ci dəfədir ki, oyuna gəlmir.

U-15 Liqasının “Kəngərli” – “Arpaçay” (Şərur) oyununda “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına, oyundan sonra hakimlər otağına gələrək təhdid və təhqir etməyə davam etdiyinə, bu hadisə dəfələrlə təkrarlandığına görə 10 oyun cəzalandırılıb. Qərar bütün liqalara şamil olunacaq.

U-14 Liqasının “Babək” – “Arpaçay” (Şərur) oyunu “Babək” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Babək” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Kəpəz” PFK – “Çinar” (Gəncə) oyunu “Çinar” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Çinar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Şirvan” (Ağdaş) – “Ulduz Mingəçevir” oyununda lisenziyası olan, lakin protokolda adı qeyd edilməyən futbolçuların oynaması, 2021/22-ci il mövsümündə də “Ulduz Mingəçevir” komandasının məşqçiləri Ənvər Nəsibov və Məhəmməd İsmayılov tərəfindən belə saxtalaşdırma hallarına yol verilməsinə görə “Ulduz Mingəçevir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Ənvər Nəsibov və Məhəmməd İsmayılov 6 ay şərti olmaqla, 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

U-12 Liqasının 8№-li İOEUGİM - İCBFA oyunu 8№-li İOEUGİM komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə 8№-li İOEUGİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Azəri” (Gəncə) – “Dinamo” (Gəncə) oyunu “Dinamo”nun heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Dinamo”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Çinar” (Gəncə) - “Azəri” (Gəncə) oyunu “Azəri”nin baş məşqçisi Cavad Nəcəfi qarşılaşmanın 45-ci dəqiqəsində komandanı meydançadan çıxartdığı üçün başa çatmayıb. Buna görə “Azəri” (Gəncə) klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-10 Liqasının “Gəncəvi” (Gəncə) – “Dinamo” (Gəncə) oyununun 18-ci dəqiqəsində hakim tərəfindən “Dinamo” (Gəncə) komandasının heyətində lisenziyası olmayan və adı protokolda qeyd edilməyən futbolçular aşkarlandığına görə “Dinamo”ya xəbərdarlıq edilib.

U-10 Liqasının “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt”ın baş məşqçisi Vüsal Əsədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X