18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah Bakıda təlim-məşq toplanışına başlayacaq.
Fanat.Az xəbər verir ki, hazırlıq aprelin 29-dək davam edəcək.
Toplanışa 24 futbolçu dəvət edilib: Fəyyaz Mehdizadə, Riyad Süleymanov, Anar Cəbiyev, İlkin Cəfərli, Elgün Dünyamalıyev, Vüsal Əmirəhmədov, Niyazi Osmanov (hamısı “Sabah”), Murad Ağamalıyev, Kənan Feyziyev, Nihad Əhmədzadə, Sənan Muradlı (hamısı “Sumqayıt”), Nicat Qaragözlü, Surxay Nəbiyev, Taleh Mahmudzadə (hamısı “Neftçi”), Allahverdi Rəhimov, Elnur Mustafayev, İlkin Budaqov (hamısı “Qəbələ”), Ayxan Qaracayev, Əşrəf Ələkbərli (hər ikisi İUGOEM), Raul Zeynallı, Fərid Şahhüseyni (hər ikisi “Səbail”), Səlim Həşimov (“Zirə”), Hüseyn Hüseynov (“Turan Tovuz”), Mehdi Həşumov (“Qaradağ Lökbatan”).