Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.
1. Ayxan Abbaszadə - Turan Tovuz
2. Həbib Hüşənov - Qəbələ
3. Ayxan Əlizadə - Sabah
4. Məsud Əlişanlı - EFA
5. Əhməd Tarverdiyev - Sabah
6. Səmid Əhmədov - Qəbələ
7. Məhəmməd İmaməliyev - Neftçi
8. Vüsal Paşayev - Sumqayıt
9. Nadir Orucov - Sumqayıt
10. Rəşad Alışov - Sabah
11. Tuncay Əhmədov - Sabah
12. Əkbər Məhərrəmov - Sabah
13. Ömər Kərimov - Qəbələ
14. İslam İsmayılzadə - Sabah
15. Əmir Əliyev - Sabah
16. Babamirzə Mehdiyev - Sabah
17. Anar Hüseynov - Sabah
18. Ziya Şəkərxanov - Qəbələ
19. Emin Feyzullayev - Sabah
20. Həsən Nəzərli - Ankaragücü (Türkiyə)
21. Hikmət Cəbrayılzadə - Qarabağ
22. Amid Qasımov - Qarabağ
23. Ümid Səlimov - Sabah
24. Röyal Fərzullazadə - Neftçi