17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Füzuli Məmmədovun çalışdırdığı yeniyetmələr sloveniyalı həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 0:3 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, U-17 ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu. Yığma növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.