AÇ-2024-ün seçmə mərhələsindəki son oyununu Belçika yığmasına qarşı keçirəcək Azərbaycan millisi sözügedən ölkəyə yola düşüb.
Fanat.Az xəbər verir ki, seçməmiz Belçikaya çarter reysi uçub.
AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da təmsilçimizlə birlikdə səfərə yollanıblar.
Noyabrın 19-da baş tutacaq Belçika - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.