AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 19-da, Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
Fanat.Az xəbər verir ki, əvvəlcə Belçikanın baş məşqçisi Domeniko Tedesko media nümayəndələri ilə görüşəcək. Tədbir saat 15:00-da keçiriləcək.
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı isə Bakı vaxtı ilə 20:30-da olacaq.
Belçika - Azərbaycan matçı sabah saat 21:00-da start götürəcək.