23:42 19.11.2023 813

“Uşaqlar bundan artığını bacarmazdılar” – De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

 

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis 0:5 hesabıyla başa çatmış qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Oyundan qabaq da bizi çox ağır oyun gözlədiyini demişdim. Belə də oldu. Güclü rəqiblə oynadıq. Belçika yığması qrupun ən güclü komandasıdır. Hansı ki, cəmi bir heç-heçələri vardı, o da məlum səbəblərdən İsveçlə başa çatmamış oyun idi. Qalan bütün oyunlarında qələbə qazanmışdılar. Bizim üçün üç gündən bir oynamaq çox çətindir. Öz meydanımızda Belçikaya qarşı ilk oyunda çox yaxşı oynamışdıq. İsveçlə, Estoniya ilə oyunlarımız çox yaxşı keçmişdi. Az xal qazansaq da, hər bir oyunda sonadək vuruşduq. Bugünkü oyuna gəlincə, 24-cü dəqiqədə 10 nəfərlə qalandan sonra oynamaq çox çətin idi. Uşaqlar bundan artığını bacarmazdılar”.
 

İtalyan mütəxəssis ötən oyunda pis təsir bağışlamamış Coşqun Diniyevin əvəzində bu dəfə oyun təcrübəsi az olan Eddi İsrafilova şans verməsinin səbəblərindən də söz açıb:

 

“Dediyim kimi, üç gündən bir oynamaq bizim üçün çox çətin olur. Xüsusilə də fiziki baxımdan. Bunu nəzərə almaq lazımdır. Həmişə fiziki hazırlıq üzrə məşqçidən oyunçuların durumunu soruşuram, onların özləri ilə söhbətləşirəm ki, durumlarını bilim. Bu gün Eddini ilk dəqiqələrdən meydanda gördünüz. İsveçə qarşı çox yaxşı oynamışdı. Beynimdə vardı ki, ilk hissədə Eddi oynasın, fasilədən sonra Coşqunu buraxaram. Amma alınmadı. Ramil Şeydayevlə Bəhlul Mustafazadə də cəzalı durumda olduqları üçün əvəzlənmişdilər. İkinci hissədən daha çox razı qaldım. Fasilədə uşaqlarla danışdıq. Düzdür, yenə qol buraxdıq, amma xarakter göstərdik. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə də qalsaq, sonadək döyüşməliyik”.

 

Sonda italiyalı mütəxəssis azərbaycanlı jurnalistlərin tənqidi suallarından əsəbləşərək bir müddət öncə olduğu kimi, yenə mətbuat konfransını əsəbi halda erkən tərk edib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X