Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Tbilisi İdman Sarayında Gürcüstan millisi ilə qarşılaşıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.
Beynəlxalq yoldaşlıq oyunu
16 aprel
Gürcüstan - Azərbaycan 2:1
Qollar: Giorgi Ghavtadze, 22:29, İrakli Todua, 36:46 // Kənan Manafov, 28:57