12:00 17.05.2024 536

Azərbaycan millisi 3-cü səbətdə

Mayın 30-da, saat 15:15-də final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AÇ-2026-nın əsas mərhələsinin püşkü atılacaq. 

Fanat.Az xəbər verir ki, 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. 

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Artıq komandalar UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb. Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan millimiz 3-cü səbətdə yer alıb və qrupunun ikinci komandası olacaq. Onu da qeyd edək ki, 3-cü səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.
 
1-ci səbət (qrupunun 4-cüsü)

Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya

2-ci səbət (qrupunun 3-cüsü)

Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka

3-cü səbət (qrupunun 2-cisi)

Niderland, İtaliya, Çexiya, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 1-cisi)

Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu komandalar eyni qrupda yer ala bilməzlər: Belarus və Ukrayna, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya.

AÇ-2026-nın oyun günləri:

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.
Pley-off / püşkatma: 15 may  2025
Pley-off / oyunlar: 15-24 sentyabr 2025
Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X