Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın minifutbol millisinin oyunlarının təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, yığma komanda ilk oyununu iyunun 2-də, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək.
Komandamızın növbəti görüşü iyunun 3-də saat 19:00-da İtaliyaya qarşı olacaq.
Son olaraq Elşad Quliyevin yetirmələri iyunun 4-ü Fransa ilə qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.