"Fernandu Santuşla bağlı çox danışmağa ehtiyac yoxdur. Dünyaca məşhurdur və bir sıra uğurları olub".
Fanat.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisinin təyinatı ilə bağlı danışarkən deyib.
69 yaşlı mütəxəssisin karyerası barədə məlumat verən Hacıyev daha sonra danışıqlar prosesi barədə məlumat çatdırıb: "AFFA rəhbərliyi olaraq ona inanırıq. Danışıqlar prosesində onun da bizə inandığının şahidi olduq. Yığmanın müəyyən matçlarına baxıb. Fernandu Santuşa xoş gəlmisiniz deyirik və uğurlar arzulayırıq. Milli rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxmalıdır. Fernandu Santuş da məğlubiyyəti qəbul etməyən mütəxəssisdir.
Santuşla "3+1" illik müddətə müqavilə imzalanıb. Onun Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına gəlincə, bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır
Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.