Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv B Liqasının I qrupunda Macarıstan yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma rəqibin 0:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Azərbaycan seçməsi 4 xalla 4-cü pillədə qərarlaşıb.