19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq. İspaniyadakı hazırlıq zamanı 3 yoldaşlıq görüşü keçiriləcək.
Sentyabrın 4-dəki rəqib Şotlandiya, 6-da Niderland, 9-da Uels olacaq. İlk iki oyun Bakı vaxtı ilə 21:00-da, son matç 13:00-da başlayacaq.
Təlim-məşq toplanışına 24 futbolçu dəvət olunub.
1. Sadiq Məmmədzadə - Qarabağ
2. Osman Hüseynov - Riqa (Latviya)
3. Səlim Həşimov - Zirə
4. Hüseyn Hüseynov - Turan Tovuz
5. Nihad Əliyev - Qarabağ
6. Kənan Feyziyev - Sumqayıt
7. Məhəmməd Məmmədli - Neftçi
8. Nadir Orucov - Sumqayıt
9. Vüsal Paşayev - Sumqayıt
10. Surxay Nəbiyev - Neftçi
11. Emil Bünyadzadə - Qarabağ
12. Elgün Dünyamalıyev - Sabah
13. Dinamin Bağırov - Turan Tovuz
14. Mirşahbaz Şahbazov - Neftçi
15. Qədir Ramazanov - Qəbələ
16. Şahin İbrahimov - Sabah
17. Sənan Muradlı - Sumqayıt
18. Əşrəf Ələkbərli - Qarabağ
19. Murad Məmmədov - Neftçi
20. Hikmət Cəbrayılzadə - Qarabağ
21. Raul Zeynallı - Sabah
22. Nihad Əhmədzadə - Sumqayıt
23. Davud Mənsumov - Qarabağ
24. Nihad Orucəli - Sumqayıt