Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş jurnalistlər önünə çıxacaq.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Belə ki, avqustun 30-da, saat 11:00-da AFFA-nın inzibati binasında Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.