Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mükafatla təltif edilib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı AFFA sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Liga Portugal Awards” Santuşu Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalarından biri kimi xüsusi mükafata layiq görüb.
Qeyd edək ki, Fernandu Santuş millimizdə ilk oyununu sentyabrın 5-də Millətlər Liqasının çərçivəsində İsveçə qarşı keçirəcək.