Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Balaş Berkeyə Bakıda Vensel Tot və Balaş Szert kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ksaba Pinter yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.