Futzal üzrə Azərbaycan millisinin AÇ-2026-nın əsas mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyuna təyinat açıqlanıb.
Fanat.Az xəbər verir ki,
Bakı İdman Sarayında baş tutacaq matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.
Görüşün birinci hakimi Aslan Qalayev, ikinci hakimi Turekhan Tursumbayev, üçüncü hakimi isə Nurlybek Kalimaganbetov olacaq.
Azərbaycan - İsveç oyunu dekabrın 17-də saat 20:00-da keçiriləcək.