Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Rusiya yığması ilə üz-üzə gələcək.
“Soçi” klubunun məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşün baş hakimi tacikistanlı Nodira Mirzoyeva olacaq.
Qeyd edək ki, tərəflər noyabrın 28-də də qarşılaşıb və ilk oyundan ruslar 1:0 qalib ayrılıb.