Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində son matçına çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz B Liqasının V qrupunda Kiprlə üz-üzə gəlib və 0:3 hesabı ilə məğlub olub.
Qarşılaşma Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.
Qeyd edək ki, Həbib Ağayevin çalışdırdığı kollektiv buna qədər qrupda İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə uduzub.