AÇ-2026-nın əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisinin gələn ay keçirəcəyi oyunlara təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra – aprelin 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq.
Səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Boqdan Sorescu (Rumıniya)
Timekiper: George Jansizian (İsveç)
11 aprel. Helsinqborq Arena. Saat 21:00
Azərbaycan – Xorvatiya
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous (Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
15 aprel. Bakı İdman Sarayı. Saat 20:00