12:14 26.03.2025 534

"Bura uğurlu nəticə qazanmaq üçün gəlmişik”

Avropa çempionatının əsas mərhələsi çərçivəsində mübarizəyə başlacaq 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün ilk oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, rəqib Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komanda olacaq. 

Oyundan əvvəl son məşqini Xorvatiyanın Ribnjak İdman Arenasında keçirən U-19-un üzvü Pünhan Qasımzadə federasiyanın mətbuat xidmətinə danışıb:

“Hazırlığa martın 16-dan başlamışıq. Bakıda 8 günlük təlim-məşq toplanışı keçirdik. Baş məşqçimiz bu müddətdə əsasən fiziki məşqlər və taktiki çalışmalar üzərində işləməyi tapşırdı. Faydalı bir hazırlıq prosesi oldu. Ən əsası, zədələnən olmadı. Hazırlıq zamanı 2 oyun keçirdik. Onlardan biri yoxlama, digəri Yüksək Liqanın qarşılaşması idi. Xüsusilə də lider “Baku Fire”lə görüşümüz daha maraqlı keçdi. Ardıcıl 2 oyun keçirməyimizdə məqsəd bu turnirdəki sıx oyun qrafikinə uyğunlaşmaq və güclü rəqiblərə qarşı hazır olmaq idi. Yanvarda Avropa çempionatının ilkin mərhələsində iştirak edən heyətlə müqayisədə 2 dəyişiklik var.

Bu gün uzun yol yorğunluğuna baxmayaraq, oyunöncəsi son məqşimizə çıxdıq. Bu dəfə sırf taktiki gedişlər və standart vəziyyətlərin icrası üzərində işlədik. Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır.

Qrup oyunlarına gəldikdə, ilk rəqibimiz Bosniya və Herseqovinadan olan həmyaşıdlarımızdır. Bilirik ki, bizi gərgin qarşılaşma gözləyir. İlkin mərhələdəki rəqiblərimizlə bu komandaları müqayisə etmək olmaz. Ona görə daha məsuliyyətli və ciddi olmalı, mümkün qədər az səhv etməliyik. Təbii ki, rəqiblərə hörmət edirik, ancaq biz də bura uğurlu nəticə qazanmaq üçün gəlmişik”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X