Azərbaycan yığmasının baş məşqçi Vitali Borisov Avropa çempionatının əsas mərhələsi 5-ci turu çərçivəsində İsveçlə oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 3:4 hesablı məğlubiyyətlə bağlı belə danışıb:
"Oyuna yaxşı başladıq və ardıcıl 2 top vurduq. Fasiləyə qədər azı 2-3 epizodda da fərqlənə bilərdik. Birinci hissədəki çıxışdan razı qaldım. Düzdür, onlar da iki qol vurdular. Topu itirdik və əks-hücumda yaxalandıq. İkinci hissədə isə “5-in 4-də” olan zaman müdafiə oluna bilmədik. Eyni səhvləri təkrarladıq. Bakıdakı oyunda onlar necə qol vurmuşdularsa, burada da onu təkrar etdilər. Halbuki videobaxış zamanı göstərdik, necə oynamalı olduqlarını başa saldıq, məşq prosesində də üzərində işləyirdik. Söz tapmıram deməyə... Belə deyim də, əlimizdə olan bütün futzalçıları həmin mövqelərdə yoxlamışıq və nəticə ala bilmirik. Bir az da fiziki gücümüz çatmadı. Son 10 dəqiqədə demək olar, fiziki baxımdan çatdırmadıq”.
Qeyd edək ki, yığmamız 5 turdan sonra 2 xalla qrupda sonuncu pillədə qərarlaşıb.