Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsi çərçivəsində bu gün son matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda doğma meydanda Xorvatiya yığmasını qonaq edəcək.
Qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş xorvatlarla görüşdə millimiz tsikli qalib bitirmək, həmçinin sonuncu pillədən qurtulmaq əzmindədir.
Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.
AÇ-2026
Əsas mərhələ
15 aprel
20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous (hamısı Kipr).
Hakim-inspektor: Gjergji Bitri (Malta).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).
Bakı İdman Sarayı.