16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat verilib.
B divizionunun matçları 20-29 avqust aralığında Türkiyənin İstanbul şəhərində baş tutacaq.
B qrupunda qərarlaşmış Azərbaycan yığması İsveç, Niderland, Slovakiya və Lüksemburq yığmalarına qarşı mübarizə aparacaq.
ürkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupdakı ilk oyunu 20 avqustda İsveçə qarşı keçirəcək.