Minifutbol: Azərbaycan millisi Sloveniyaya qarşı

Minifutbol: Azərbaycan millisi Sloveniyaya qarşı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialda bu gün ikinci turun oyunları start götürəcək.

Turun ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.

C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.

Dünya çempionatı II tur 23 may

A qrupu

12:45. Mavritaniya - Bəhreyn 20:45. Sloveniya - Azərbaycan

B qrupu

14:00. Fransa - Özbəkistan 16:30. Çad - Rumıniya

C qrupu

15:15. İngiltərə - Macarıstan 19:30. Ukrayna - Türkiyə

D qrupu

18:15. Bolqarıstan - Hindistan 22:00. Portuqaliya - Slovakiya

Qeyd edək ki, dünya çempionatının ilk turunda aşağıdakı nəticələr qeydə alınıb:

21 may

Fransa - Çad 1:0 Macarıstan – Türkiyə 1:1 Bolqarıstan - Portuqaliya 1:3 Ukrayna – İngiltərə 0:4 Slovakiya - Hindistan 15:0 Azərbaycan – Bəhreyn 1:1  Rumıniya – Özbəkistan 2:1 Mavritaniya – Sloveniya 1:1

22 may

İndoneziya - Kosta Rika 1:0 Monteneqro - Tailand 1:1 Qazaxıstan - Polşa 1:2 ABŞ - Bosniya və Herseqovina 2:4 Çexiya - Argentina 2:1 Gürcüstan - BƏƏ 2:0 Qana - İspaniya 0:3 Serbiya - İsrail 3:0

Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər