Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Qızıl Liqasında növbəti oyununu keçiriləcək.
Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda qələbə həsrətinə dördüncü qarşılaşmasında son qoymağa çalışacaq.
Slovakiyanın paytaxtı Bratislavada Monteneqro ilə üz-üzə gələcək voleybolçularımız özlərindən bir pillə öndə olan rəqiblə gücünü yoxlayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Milli daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.12 komandanın iştirakı ilə keçirilən yarışda turnir cədvəlinə 9 xalla Ukrayna başçılıq edir. Monteneqro yarışda sonuncu olan millimizdən 1 oyun az keçirib.