
Sosial şəbəkələrdə San-Marino və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq matçı ilə bağlı maraqlı və yumoristik paylaşımlar yayılmağa başlayıb.
Fanat.Az xəbər verir ki, "thatguysjokes" adlı populyar yumor səhifəsi zarafat çarxı paylaşıb.
Videonun üzərindəki yazıda dostunun "Bu axşam çölə çıxırsan?" sualına, digər tərəfin "Yox, qardaş, Dünya Çempionatına qızışmaqla çox məşğulam" deyərək Jose Mourinyunun məşhur çılğın sevinci ilə cavab verdiyi təsvir olunub.
Səhifə idarəçiləri isə bu qarşılaşmanı istehza ilə "Bu il baş tutacaq rəsmi oyunlardan biri" adlandıraraq matçın səviyyəsinə yumoristik şəkildə yanaşıblar.