
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə Macarıstanın Sombatxey şəhərində San Marino ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı yerli hakim Marton Rus idarə edəcək.
Qeyd edək ki, hazırkı təlim-məşq toplanışı çərçivəsində milli iyunun 7-də Malta ilə qarşılaşıb və 0:2 uduzub. Komanda bugünkü oyunla hazırlığı başa vuraraq Bakıya dönəcək.
Beynəlxalq yoldaşlıq oyunu
9 iyun
Azərbaycan – San Marino 1:1 (fasilə)
Qol: Rəhman Daşdəmirov, 27. - Nanni, 9.
Hakimlər: Marton Rus, Balaş Şert, Balaş Salai, Bençe Çsonka (hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23 Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 17. Vüsal İsgəndərli, 19. Nəriman Axundzadə, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Rəhim Sadıxov
San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k)