
Azərbaycan milli komandasının baş məşqçi Ayxan Abbasov San Marino ilə oyundan (2:1) sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis bütün oyunçuları meydanda görməyə çalışdığı üçün heyətdə dəyişikliklər etdiyini bildirib:
"Futbolçulara təşəkkür edirəm. Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik. Millətlər Liqası öncəsi son təlim-məşq toplanışımız olduğundan, bütün oyunçuları meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur, bu səbəbdən heyətdə dəyişikliklər etdik. Malta ilə matçda olduğu kimi, əsas problemimiz yenə qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, ardıcıl hücumlar qururduq. Həm futbolçular, həm də biz qələbə qazanmaq istəyirdik və buna nail olduğumuz üçün sevinirik".
Qeyd edək ki, jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.