
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə Kiprin "Pafos" klubu öz meydanında Xorvatiya təmsilçisi "Hayduk Split"i qəbul edib.
Fanat.Az xəbər verir ki, əsas vaxtı və əlavə dəqiqələri gərgin keçən matçda "Pafos" 4:0 hesablı parlaq qələbə qazanaraq ümumi hesabda (4:2) mərhələ adlayan taraf olub.
Qarşılaşmada həmyerlimiz Murad Məmmədov da şans qazanaraq 83-cü dəqiqədə İ. Sunjiçin əvəzinə meydana daxil olub.
Əlavə olunmuş vaxtda vurulan qollarla rəqibini sıradan çıxaran Kipr təmsilçisi Avropa Liqasında yoluna inamla devam edir.
Kamil Xudiyev