
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Avstriyanın "Zalsburq" klubu öz meydanında Kipr təmsilçisi "Pafos"u qəbul edib.
Fanat.Az xəbər verir ki, gərgin qarşılaşma meydan sahiblərinin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 88-ci dəqiqədə H. Tabakoviç vurub.
Kipr klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Murad Məmmədov da bu qarşılaşmada meydana çıxıb. O, matçın 80-ci dəqiqəsində Aleksandr Britonun əvəzinə oyuna daxil olaraq komandasının məğlubiyyətdən qaçmasına kömək etməyə çalışıb.
"Pafos" minimal hesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələ ümidlərini bir həftə sonra öz meydanında keçiriləcək cavab oyununa saxlayıb.
Kamil Xudiyev